Şahruddin Məhəmmədəliyev Türkiyə klubu ilə yollarını ayırdı
Ötən ilin yayında "Adana Dəmirspor"a transfer edilən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb.
Mediasport.az xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli qaydada pozub.
Adana təmsilçisinə “Qarabağ”dan keçən "Şah" 25 görüşdə 40 qol buraxıb.
O, 5 matçda qapısının toxunulmazlığını saxlaya bilib.