"Qarabağ" ardıcıl 10-cu dəfə qrup mərhələsinə vəsiqə qazandı

"Qarabağ" ardıcıl 10-cu dəfə qrup mərhələsinə vəsiqə qazandı

Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Avropa Liqasında vacib oyuna çıxıb.

mediasport.az xəbər verir ki, Ağdam klubu III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Finlandiyada yerli "Helsinki" ilə qarşılaşıb.

Ötən həftə Bakıda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun komandası səfərdə də eyni hesablı qələbə qazanaraq pley-offa çıxıb. Eyni zamanda, Ağdam təmsilçisi ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqəni təmin edib.

"Atlılar" Avroliqanın pley-off mərhələsində "Sloveniya" səddini keçə bilməsələr, birbaşa Avropa Konfrans Liqasının qrupuna düşəcəklər.


UEFA Avropa Liqası. III təsnifat mərhələsi. Cavab oyunu


20:00 "Helsinki" (Finlandiya) - "Qarabağ" 1:2 (Azərbaycan) ilk matç - 1:2

Qollar: Santeri Hostikka, 10 - Toral Bayramov, 45+4-pen., Yassin Benzia, 55.

Baş hakim: Villi Delayo (Fransa)

Finlandiya, Helsinki, "Bolt Arena".