"Qarabağ" HİK-ə uduzsa, bu komandalardan biri ilə qarşılaşacaq
Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK komandası ilə qarşılaşacaq "Qarabağ" bu mərhələdə mübarizəni dayandırsa, yoluna Avropa Konfrans Liqasında davam etdirəcək.
mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandasının bu yarışın pley-off mərhələsində potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi KL-ə yollansa, "Valmieyra” (Latviya) – “Partizani” (Albaniya), “Farul” (Rumıniya) – “Flora” (Estoniya) və ya “Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) cütlərindən birinin qalibi, həmçinin Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) və “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.
"Qarabağ" - HİK arasında ilk görüş avqustun 10-da Bakıda baş tutacaq. Cavab qarşılaşması bir həftə sonra Finlandiyada keçiriləcək.