DƏQİQLƏŞDİ! Bölgə klubu ev oyunlarını Lənkəranda keçirəcək

DƏQİQLƏŞDİ! Bölgə klubu ev oyunlarını Lənkəranda keçirəcək

2023/2024-cü illər mövsümündə II Liqada mübarizə aparacaq “Lerik”in ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi matçlarını qonşu rayonda - Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

Lerik şəhərində yerləşən "Gənclik" stadionunda təmir işləri aparılır. Komandanın yeni mövsümdə ev görüşü ilk turda "Qusar"a qarşı olacaq.