AVRO-2025: Azərbaycan milli komandasının heyəti açıqlanıb
Futbol üzrə qadınlar arasında AVRO-2025-in seçmə mərhələsində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov Macarıstan və İsveçrə yığmalarına qarşı matçlar üçün 23 futbolçuya dəvət göndərib.
Aytac Şərifova, “Trabzonspor” (Türkiyə), Nərgiz Əliyeva, “Karadeniz Ereğli Belediyespor” (Türkiyə), Günay İsmayılova, (“Neftçi”), Nigar Mirzəliyeva, “Zenit” (Rusiya), Nərgiz Hacıyeva, “Trabzonspor” (Türkiyə), Manə Mollayeva, (“Neftçi”), Ayşən Əhmədova, PAOK (Yunanıstan), Alina Dorofeyeva, “Yenisey” (Rusiya), Diana Məmmədova, “Yenisey” (Rusiya), Fidan Cəfərova, “Baku Juniors”, Aysun Seydiyeva, “Neftçi”, Vüsalə Hacıyeva, “Amedspor” (Türkiyə), Firəngiz Teymurova, “Neftçi”, Jalə Məhsimova, “Beylerbeyi Spor” (Türkiyə), Yeliz Acar, “Fatih Vətən” (Türkiyə), Peritan Bozdağ, “Fatih Vətən” (Türkiyə), Esra Manya, “Beşiktaş” (Türkiyə), Kristina Bakarandze, “Qalatasaray” (Türkiyə), Coşqunə Əliyeva, “Neftçi”, Sevinc Cəfərzadə, “İstern Fleyms” (Səudiyyə Ərəbistanı), Milana Rəhimova, “Neftçi”, Nazlıcan Parlak, “Qalatasaray” (Türkiyə), Vüsalə Seyfəddinova, “Olimpiada İmittu” (Yunanıstan).
B liqasının l qrupunda mübarizə aparan komandamız aprelin 5-i saat 19:45-də səfərdə Macarıstan futbolçularının qonağı olacaq.
Millimiz aprelin 9-u saat 16:00-da Bakıda İsveçrə seçməsini qəbul edəcək.
Toplanış aprelin 1-də Macarıstana səfərlə başlanacaq.
Qeyd edək ki, qitə birinciliyinin final mərhələsi gələn il İsveçrədə keçiriləcək.