Azarkeşlər söydü, "Neftçi" ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar verilib:
03.06.2023-cü il tarixində Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
03.06.2023-cü il tarixində Azərbaycan Kubokunun finalı “Neftçi” – “Qəbələ” oyununun əlavə vaxtında “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);
27.05.2023-cü il tarixində Premyer Liqanın XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun futbolçusu Elmir Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Səbail” klubu 3200 manat cərimə edilir (maddə 37.3);
27.05.2023-cü il tarixində Premyer Liqanın XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 39);
27.05.2023-cü il tarixində Premyer Liqanın XXXVI turunun “Səbail” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 39);
27.05.2023-cü il tarixində Premyer Liqanın XXXVI turunun “Səbail” – “Şamaxı” oyunu bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslər dəhlizə daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 49.6);