FAKT: "Qarabağ" "Liverpul"dan öndədir - UEFA Avropa Liqası
UEFA Avropa Liqasında çıxışını davam etdirən komandaların məğlubiyyətsiz oyunlar seriyasına görə reytinqi açıqlanıb.
Mediasport.az xəbər verir ki, qitə futbol qurumunun tərtib etdiyi siyahı klubların daxili çempionatda və Avropa Liqasında ümumilikdə keçirdiyi son 5 matçın nəticələrinə əsasən hazırlanıb.
"10-luq"da yer alan Azərbaycan çempionu "Qarabağ" son beş qarşılaşmanın dördündə qələbə qazanıb birində heç-heçə etməklə Portuqaliyanın “Benfika”, Çexiyanın “Slaviya” (Praqa) və Almaniyanın “Bayer” klubları ilə birlikdə 5-8-ci yerləri bölüşdürür.
Reytinqə maksimum nəticə ilə Portuqaliyanın “Sportinq”, İtaliyanın “Atalanta”, Şotlandiyanın “Reyncers” və Türkiyənin “Qalatasaray” komandaları başçılıq edir. Son iki pillədə isə İngiltərədən “Liverpul” və Çexiyadan “Sparta” (hər ikisi 4 qələbə, 1 məğlubiyyət) qərarlaşıb.