Vüsal İsgəndərli məhsuldar ötürmə edib, komandası 4 qol vurub
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Roqojine təmsilçisi 3-cü tur çərçivəsində evdə “Erzeni” ilə qarşılaşıb.
Vüsalın 70 dəqiqə meydanda olduğu, sarı vərəqə ilə yadda qaldığı və 3-cü qolda məhsuldar ötürmə etdiyi matç komandasının əzmkar qələbəsi ilə yekunlaşıb - 4:3.
“Eqnatiya” hazırda ölkə çempionatında 6 xalla 2-ci pillədə qərarlaşıb.