“Qarabağ” - "Ludoqores" cütünün qalibinin potensial pley-off rəqibi bu gün məlum olacaq - PÜŞKATMA

“Qarabağ” - "Ludoqores" cütünün qalibinin potensial pley-off rəqibi bu gün məlum olacaq - PÜŞKATMA

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Mediasport.az xəbər verir ki, “Qarabağ” - "Ludoqores" (Bolqarıstan) cütünün də potensial rəqibi bilinəcək.

Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

"Qarabağ" - "Ludoqores" cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.

Pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində baş tutacaq.


Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Srvena Zvezda” (Serbiya)

"Malmö" (İsveç) - PAOK (Yunanıstan)

"Midtyulland" (Danimarka) - "Ferensvaroş" (Macarıstan)

“Yanq Boyz” (İsveçrə)


Səpələnməmişlər

"Qarabağ" - "Ludoqores" (Bolqarıstan)

“Qalatasaray” (Türkiyə)

"Slovan" (Slovakiya) - APOEL (Kipr)

"Yagelloniya" (Polşa) - "Bude Qlimt" (Norveç)

"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)


Liqa yolu

Səpələnmişlər

"Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya)

“Slaviya” (Çexiya) - “Yunion Sent Jiloa” (Belçika)

Səpələnməmişlər

“Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə)

“Zalsburq” (Avstriya) - “Tvente” (Niderland)