Xorvat qapıçı Azərbaycanda
Premyer Liqada uğursuzluq zolağından çıxmağa çalışan “Kəpəz” heyətini gücləndirib.
MediaSport.az xəbər verir ki, Tərlan Əhmədovu baş məşqçi postuna gətirən Gəncə təmsilçisi ilk transferini reallaşdırıb.
Bölgə klubu 23 yaşlı xorvatiyalı qapıçı Mario Mustapiçlə müqavilə bağlayıb. Son olaraq Xorvatiya ikinci liqasında "Rudes"in formasını geyinmiş qolkiper azı mövsümün sonuna qədər Azərbaycanda oynayacaq.