Azərbaycan çempionatlarının bombardirləri mükafatlandırılıb

Azərbaycan çempionatlarının bombardirləri mükafatlandırılıb

Peşəkar Futbol Liqası Azərbaycan 1-ci Liqası və Əvəzedicilər liqasının bombardirlərini mükafatlandırıb.

Mediasport.az xəbər verir ki, ən sərrast futbolçulara xüsusi hədiyyələr təqdim olunub.

MOİK-in hücumçusu Elmir Rəhimzdə 17 qolla 1-ci Liqada, “Qəbələ-2” komandasının futbolçusu Sənan Ağalarov isə 30 qolla Əvəzedicilər liqasında mövsümünün bombardiri seçilib.

Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.