Fransa millisinin keçmiş üzvü Azərbaycanda oynayacaq - RƏSMİ

Fransa millisinin keçmiş üzvü Azərbaycanda oynayacaq - RƏSMİ

"Araz-Naxçıvan" növbəti transferini rəsmiləşdirib.

Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Aksel Nqando ilə anlaşıb.

Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır. Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. O, karyerası ərzində “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb.

Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.