"Qarabağ", PSJ, "Napoli", "Panatinaikos" və başqaları... - SİYAHI
Cari mövsüm Avropada daxili çempionatlarda məğlub olmayan komandaların yeni siyahısı açıqlanıb.
mediasport.az xəbər verir ki, siyahıda ölkə çempionu “Qarabağ” da yer alıb.
Qurban Qurbanovun komandası ən çox qələbə və heç-heçə əldə edən üç komandadan biridir. "Top-5" liqalardan siyahıda yalnız “Napoli” və PSJ var. Bu iki komanda cari mövsüm liqalarında uduzmayıb.
İlk məğlubiyyətini alan Ukraynanın “Dnepr-1” və “Şaxtyor”, həmçinin Maltanın “Hamrun” klubu siyahıdan çıxarılıb.
“Napoli” (İtaliya) – 13 qələbə, 2 heç-heçə
PSJ (Fransa) – 13 qələbə, 2 heç-heçə
“Benfika” (Portuqaliya) – 12 qələbə, 1 heç-heçə
“Srvena Zvezda” (Serbiya) – 17 qələbə, 2 heç-heçə
“Panatinaikos” (Yunanıstan) – 12 qələbə, 1 heç-heçə
“Qarabağ” - 14 qələbə, 2 heç-heçə
“Pafos” (Kipr) – 9 qələbə, 4 heç-heçə
TNS (Uels) – 13 qələbə, 2 heç-heçə
“Svift Esperanj” (Lüksemburq) – 12 qələbə, 2 heç-heçə
“Klaksvik” (Farer adaları) – 25 qələbə, 2 heç-heçə
“Atletik Eskaldes” (Andorra) – 8 qələbə, 4 heç-heçə
“Avropa”, “Linkoln” (Cəbəllütariq) – hər ikisi 7 qələbə, 1 heç-heçə
“Tre Penne” (San-Marino) 7 qələbə, 3 heç-heçə