Legioner azərbaycanlılar ötən həftə nə ilə yadda qaldılar? - HESABAT

Legioner azərbaycanlılar ötən həftə nə ilə yadda qaldılar? - HESABAT

Avropanın müxtəlif futbol çempionatlarında çıxış edən azərbaycanlı oyunçuların komandaları ötən həftə növbəti oyunlarını keçiriblər.

Mediasport.az futbolçularımızın komandalarının qazandığı nəticələri təqdim edir.

Niderland 1-ci Divizionu. 34-cü tur

12 aprel

"Eyndhoven" (Ozan Can Kökçünün komandası) - "Yanq PSV" 2:5

Ozan Can oyuna start heyətdə başladı, sona qədər mübarizə apardı və 1 məhsuldar ötürmə müəllifi oldu (47-ci dəqiqə).

Türkiyə 1-ci Liqası. 31-ci tur

12 aprel

"Manisa" (Sertan Taşqının komandası) - "Eyüpspor" 2:2

Sertan oyuna start heyətdə başladı və sona qədər mübarizə apardı.

13 aprel

"Boluspor" (Vüsal İsgəndərlinin komandası) - "Ümraniyəspor" (Coşqun Diniyevin komandası) 1:0

Vüsal və Coşqun start heyətdə başladılar. İsgəndərli 59, Diniyev 90 dəqiqə mübarizə apardı.

14 aprel

"Tuzlaspor" (Bəxtiyar Həsənalızadənin komandası) - "Göztəpə" 1:1

Bəxtiyar oyuna start heyətdə başladı və sona qədər mübarizə apardı.

"Kocaelispor" (Ramil Şeydayevin komandası) - "Girəsunspor" 2:0

Ramil oyuna start heyətdə çıxıb, görüşdə ilk qolun müəllifi olub və 79-cu dəqiqədə əvəzlənib.

Türkiyə Superliqası. 32-ci tur

13 aprel

"Adana Dəmirspor" (Şahruddin Məhəmmədəliyevin komandası) - "Kayserispor" 0:0

Şahruddin oyuna start heyətdə başladı və sona qədər mübarizə apardı.

14 aprel

"Hatayspor" (Renat Dadaşovun komandası) - "İstanbulspor" 0:3

Renat 69-cu dəqiqədə oyuna daxil olub.

Polşa çempionatı. 28-ci tur

14 aprel

"LKS Lodz" (Rahil Məmmədovun komandası) - "Radomyak" 3:2

Rahil matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

İsveç Superliqası. 3-cü tur

14 aprel

"Yurqorden" (Musa Qurbanlının komandası) - "Sirius" 2:0

Musanın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Bolqarıstan Yüksək Liqası. 29-cu tur

15 aprel

"Ludoqorets" - "Arda" (Cəlal Hüseynovun komandası) 2:0

Cəlal matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.


Rövşən ƏLİSOY