Kadi Borges "Qarabağ"da!

Kadi Borges "Qarabağ"da!

Qışda "Qarabağ"dan ayrılaraq "Krasnodar"la 3 illik müqavilə bağlayan Kadi Borges Malinovski Azərbaycana qayıdır.

Mediasport.az saytına verilən məlumata görə, Ağdam klubu 27 yaşlı vingeri Rusiya klubundan 1 illik icarəyə götürməyə hazırlaşır.

Tərəflər arasında danışıqların bütün detallarda müsbət sona çatdığı bildirilir. Qeyri-adi hadisə baş verməsə, braziliya əsilli polşalı avqustun sonunadək "atlılar"ın düşərgəsinə qoşulacaq.

Kadi 2021-ci ilin iyunundan 2023-cü ilin yanvarına qədər Azərbaycan çempionunun heyətində 41 oyun keçirib, 16 qol vurub.