"Neftçi"dən ayrılan italiyalı yenidən "Şerif"in baş məşqçisi oldu
Moldova çempionu "Şerif"inin yeni baş məşqçisi bəlli olub.
mediasport.az xəbər verir ki, bu vəzifəyə Roberto Bordin təyin edilib. İtaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib.
Roberto Bordin 2017-2018-ci illərdə də "Şerif"ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.