"Qarabağ" yeni siyahını UEFA-ya göndərib - 4 DƏYİŞİKLİK VAR

 "Qarabağ" yeni siyahını UEFA-ya göndərib - 4 DƏYİŞİKLİK VAR

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Mediasport.az xəbər verir ki, əvvəlki ilə müqayisədə siyahıda dörd dəyişiklik edilib.

Türkiyənin “Adana Demirspor” komandasına keçən qapıçı Şahruddin Məhəmmədəliyevin əvəzinə iştirak ərizəsinə gənc qolkiper Amin Ramazanovun adı əlavə olunub.

Zədəli Marko Veşoviç və daha əvvəl adı B siyahısında göstərilən hücumçu Nəriman Axundzadə A siyahısına salınıb.

Adama Diakabi isə qrup oyunları üçün sifariş olunmayıb.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 66. Patrik Andrade

Hücumçular: 99. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo, 90. Nəriman Axundzadə

Qeyd edək ki, “atlılar” Avropa Liqasında Almaniyanın “Bayer”, İsveçin “Hekken” və Norveçin “Molde” klubları ilə H qrupunda mübarizə aparacaqlar.