"Sabah" və "Zirə"nin futbolçuları Avropa çempionatında oynaya bilərlər
Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçiləri - "Sabah" və "Zirə"nin futbolçuları Ukraynanın U-21 yığmasına çağırılıblar.
mediasport.az xəbər verir ki, millinin baş məşqçisi Ruslan Rotanın açıqladığı 25 nəfərlik heyətdə mövsümü "Sabah"da icarədə keçirmiş Aleksey Kaşuk, "Zirə"dən isə Eldar Quliyev də yer alıb.
Yığma Avropa çempionatı öncəsi təlim-məşq toplanışı keçəcək, ardınca İrlandiya ilə yoldaşlıq matçı oynanılacaq. Təmsilçilərimiz ümdiləri doğrultsalar, qitə birinciliyinin final mərhələsində forma geyinmək şansı qazanacaqlar. AÇ iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq. Ukrayna millisi Rumıniya, İspaniya və Xorvatiya ilə birlikdə B qrupunda yarışacaq.