Sabiq "Qarabağ"lı məşqçi Türkiyə klubundan 27 günə qovuldu

Sabiq "Qarabağ"lı məşqçi Türkiyə klubundan 27 günə qovuldu

Regional Həvəskar Liqa təmsilçisi "Əskişəhərspor" vaxtilə "Qarabağ"dan çalışmış Önder Karaveli ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, Türkiyə klubu mütəxəssisi 27 gündən sonra istefaya göndərib.

Karavelinin komandadan göndərilməsinin səbəbi komandanın uğursuzluq zolağından çıxa bilməməsi səbəb olub.

"Əskişəhərspor" onun başçılığı altında 3 oyuna 4 xal toplayıb.

Xatırladaq ki, Karaveli 30 yanvar 2020-ci il - 30 iyun 2021-ci illər aralığında "Qarabağ"da çalışıb.

O, Ağdam klubunda U-19-un baş məşqçisi və akademiyanın məşqçisi olub.