Coşqun Diniyev oynadı, komandası 2 cavabsız qolla qalib gəldi - VİDEO

Coşqun Diniyev oynadı, komandası 2 cavabsız qolla qalib gəldi - VİDEO

Futbol üzrə Türkiyə 1-ci Liqasında 25-ci turunun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin heyətində çıxış etdiyi “Ümraniyespor” doğma meydanda “Altay”ı məğlub edib - 2:0.

Yığmamızın üzvü meydana 63-cü dəqiqədə daxil olub.

Mustafa Gürselin baş məşqçisi olduğu komanda 30 xalla 12-ci pillədə qərarlaşıb.