"Qarabağ" məşhur oyunda!

"Qarabağ" məşhur oyunda!

"Qarabağ" məhşur futbol simulyatoru olan "EAFC 25"də yer alacaq.

Mediasport.az xəbər verir ki, təmsilçimiz "EA Sports" şirkəti tərəfindən hazırlanan oyunda "Rest of World league" (Digər Dünya Liqaları) bölməsində fərdi formada təmsil olunacaq.

"EA Sports FC 25" "Electronic Arts" tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu həmin seriyanın ikinci, ümumilikdə 32 buraxılışı olacaq.

Oyunun 27 sentyabr 2024-cü ildə dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır.

"Qarabağ" futbol simulyatorunda yer alan ilk Azərbaycan klubudur.