DÇ-də seçmə mərhələ: Azərbaycan bu gün 2-ci qarşılaşmasına çıxacaq

DÇ-də seçmə mərhələ: Azərbaycan bu gün 2-ci qarşılaşmasına çıxacaq

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İspaniyada keçirilən dünya çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, yığmamızın A qrupunda bu dəfəki rəqibi Gürcüstan olacaq.

1-ci turda Azərbaycan İngiltərəni (4:0), Gürcüstan İspaniyaya məğlub olmuşdu (1:13).

Millimiz üçüncü matçını 2 gün sonra - 7 oktyabrda İspaniyaya qarşı keçirəcək.