15 yaşlı “Qarabağ”lı beynəlxalq turnirdə gözəl qol vurub - VİDEO

15 yaşlı “Qarabağ”lı beynəlxalq turnirdə gözəl qol vurub - VİDEO

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiyanın “Zvezda” klubu ilə qarşılaşıb.

B qrupunda yer alan komandamızın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə Əli Bəşirov möhtəşəm qolla yadda qalıb.