"Qarabağ"dan "Konyaspor"a keçən Hamidu Keyta: "Çox xoşbəxtəm"
"Konya möhtəşəm şəhərdir, burada olduğum üçün çox xoşbəxtəm. "Konyaspor" üçün əlimdən gələni meydanda edəcəyəm".
Mediasport.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın sabiq futbolçusu Hamidu Keytaya məxsusdur.
Ağdam klubu ilə vidalaşaraq Türkiyə Superliqası təmsilçisi ilə müqavilə bağlayan fransalı təəssüratlarını bölüşüb. 30 yaşlı vinger "Konyaspor"a keçdiyi üçün xoşbəxt olduğunu deyib:
"Bilirəm ki, klubun möhtəşəm və coşğulu azarkeşləri var. Onları sevindirmək, xoşbəxt etmək üçün bacardığımı ortaya qoyacağam".
Xatırladaq ki, Keyta Konya klubu ilə 2 illik müqavilə imzalayıb.