"Traktor" evdə xal itirdi

"Traktor" evdə xal itirdi

İran çempionatında 11-ci turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” doğma meydanda “Malavan”la qarşılaşıb.

Qurban Berdıyevin baş məşqçisi olduğu Təbriz təmsilçisi qələbə qazana bilməyib - 1:1.

“Traktorçular” 11 turdan sonra 15 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.