Debütantı 5:1 yerə "parçaladılar"

Debütantı 5:1 yerə "parçaladılar"

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" və "Araz Naxçıvan" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

MediaSport.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş Tovuz təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Araz Naxçıvan" ötən mövsüm I Divizionun qalibi olaraq Premyer Liqaya vəsiqə qazanıb.