Azərbaycan klubunda ilk: "MilliÖn"də yardım edə bilərsiz - YENİLİK

Azərbaycan klubunda ilk: "MilliÖn"də yardım edə bilərsiz - YENİLİK

Yeni mövsümdən futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparacaq "Göygöl" ilkə imza atıb.

MediaSport.az saytına verilən məlumata görə, klub "Crowdfunding" prinsipi ilə dəstək platformasına start verib.

Qərb təmsilçisinə maddi yardım formasını asanlaşdırmaq və daha əlçatan etmək məqsədilə "MilliÖn" ödəmə terminalında bölmə yaradılıb.

Azarkeşlər, iş adamları, xeyriyyəçilər və komandaya dəstək olmaq istəyən istənilən şəxs ölkədə olan bütün "MilliÖn" aparatları vasitəsilə yeni yaradılmış kluba yardım edə bilər.