Mark Tamaşı Macarıstan, Ataa Caberi Fələstindən çağırdılar
“Neftçi”nin daha 2 futbolçusu milli komandalarına dəvət alıblar.
mediasport.az xəbər verir ki, yarımmüdafiəçi Ataa Caber Fələstin, müdafiəçi Mark Tamaş isə Macarıstan yığmalarına çağırılıblar.
28 yaşlı Caber Asiya Kuboku–2024-ə hazırlıq məqsədi ilə sentyabrın 6-da səfərdə Oman, 11-də Vyetnam seçmələri ilə keçirəcəkləri oyun üçün düşərgədə yer alacaq.
Caber Fələstin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.
29 yaşlı tamaşın adı isə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Serbiya ilə səfər, 10-da Çexiya ilə ev matçlarına çağırılan geniş heyətə salınıb.
Tamaş Macarıstan milli komandasının heyətində 1 matç keçirib.