"Qarabağ"ın Avropa Liqasındakı rəqibi 3 cavabsız qolla qalib gəldi
UEFA Avropa Liqasının əsas mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq "Olimpiakos" Yunanıstan Superliqasında növbəti qələbəsini qazanıb.
Mediasport.az xəbər verir ki, Xose Luis Mendilibarın rəhbərlik etdiyi paytaxt klubu doğma publika qarşısında "Volos"dan üstün olub - 3:0.
Afina təmsilçisi 30 xalla liderdir və ən yaxın izləyicisi AEK-i 6 xal qabaqlayır.
Xatırladaq ki, Azərbaycan çempionu yunanlarla 2025-ci il yanvarın 31-də səfərdə üz-üzə gələcək.