"Qarabağ"ın "Ayaks"la qarşılaşması şotlandiyalı hakimlərə həvalə edildi
UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun "Qarabağ" - "Ayaks" oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Nikolas Uolşa Qreym Stüart və Kalum Spens kömək edəcək.
Dördüncü hakim vəzifəsini Kristofer Qraham icra edəcək.
VAR-da Kevin Klansi, AVAR-da Con Biton əyləşəcəklər.
"Qarabağ" - "Ayaks" görüşü oktyabrın 24-də, Bakı vaxtı ilə 20:45-də başlanacaq.