"Qarabağ" - "Bayer" görüşünü fransalı hakimlər idarə edəcəklər
UEFA Avropa Liqasının 1/8 finalında "Bayer"lə qarşılaşacaq “Qarabağ”ın Almaniya klubu ilk duelini idarə edəcək hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, martın 7-də Bakıda baş tutacaq görüşü fransalı hakimlər idarə edəcəklər.
Baş hakim Benua Bastyen, köməkçiləri Hişam Zakrani və Orelyen Bertomeu olacaqlar.
Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək.
VAR hakimi Benua Miyo, köməkçisi Erik Uattelye, hakim inspektor isə bolqarıstanlı İçko Lozev təyin edilib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlanacaq.