Dünya reytinqi açıqlandı: Qurban Qurbanov 1 pillə irəlilədi

Dünya reytinqi açıqlandı: Qurban Qurbanov 1 pillə irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin dekabr ayı üçün ilk reytinq cədvəli açıqlanıb.

mediasport.az xəbər verir ki, siyahıda hazırda işləyən 500 ən yaxşı mütəxəssisin adı yer alıb.

Azərbaycanı burada “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov təmsil edir. Siyahıda yeganə azərbaycanlı mütəxəssis bir pillə irəliləyərək 1595 xalla 209-cu pillədə qərarlaşıb.

“Neftçi”nin rumıniyalı baş məşqçisi isə 1627 xalla 177-ci yerdəki mövqeyini qoruyub.

Siyahıya 2194 xalla "Mançester Siti"dən Pep Qvardiola başçılıq edir.