"Qarabağ"ın "Dinamo" ilə matçına satılmış biletlərin sayı açıqlandı

"Qarabağ"ın "Dinamo" ilə matçına satılmış biletlərin sayı açıqlandı

Sabah UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda baş tutacaq "Qarabağ" - "Dinamo" (Xorvatiya) görüşündə stadionda, həmişəki kimi, anşlaq yaşanacaq.

Ağdam klubundan Mediasport.az saytına verilən məlumata görə, dünən axşamadək matça 24700 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün satışa 30000-ə yaxın bilet çıxarılıb.

Duel Bakı vaxtilə saat 20:45-də başlanacaq.