"Qarabağ"ın futbolçusu əvvəlcə Livan, ardınca Serbiyaya qarşı
"Qarabağ"ın legioneri Marko Yankoviç növbəti dəfə Monteneqro milli komandasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, son vaxtlardakı performansı ilə yığmanın əsas futbolçusuna çevrilən 28 yaşlı yarımmüdafiəçi Livan ilə yoldaşlıq oyunu və Serbiyaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçı üçün düşərgəyə çağırılıb.
Baş məşqçi Miodraq Raduloviç Ağdam klubunun zədəsini sağaltmaqla məşğul olan yığmanın digər üzvü Marko Veşoviçə ehtiyac duymayıb.
Monteneqro seçməsi oktyabrın 12-də Livan ilə, 17-də isə Serbiya ilə qarşılaşacaq.