"Sabah"ın keçmiş kapitanı Özbəkistan klubu ilə müqavilə bağladı - RƏSMİ
2018/2021-ci illərdə "Sabah"da çıxış etmiş Filip İvanoviç karyerasını Asiyada davam etdirəcək.
MediaSport.az xəbər verir ki, Masazır klubunun sabiq kapitanı Özbəkistanın "Namanqan" komandasına keçib.
31 yaşlı serbiyalı mərkəz müdafiəçisi Novbahar təmsilçisi ilə 2024-cü il dekabrın 30-na qədər müqavilə bağlayıb.
İvanoviçin son klubu vətənində "Radniçki" olub. O, Bakı komandasında 55 oyun keçirib, 1 qol vurub.