Məşhur iş adamı yeni klub yaradıb - Tovuzda ikinci futbol komandası
"Turan Tovuz"un Müşahidə Şurasının sədri və qərb klubunun əsas sponsoru Ehtiram Quliyevin təşəbbüsü ilə bölgədə daha bir klub yaradılıb.
Mediasport.az saytına verilən məlumata görə, "Hünər" adı verilən yeni komandanın yaradılmasında əsas məqsəd uşaq futboluna diqqəti artırmaqdır.
Komanda ilk olaraq uşaq futbolunda fəaliyyət göstərəcək.
"Huner Group"un təsisçisi Ehtiram Quliyev Tovuz və ətraf rayonlardan istedadlı uşaq və yeniyetmələrin tapılıb üzə çıxarılmasını, onların yetişdirilməsi və daha böyük məqsədlər uğrunda çıxış edərək Azərbaycan futboluna xeyir vermələrini hədəfləyib.
Komandanın hədəfləri sırasında gələcəkdə böyük futbolda da təmsil olunmaq yer alır.