"Qarabağ"ın "Gent"lə oyunlarının başlanma saatları müəyyənləşdi

"Qarabağ"ın "Gent"lə oyunlarının başlanma saatları müəyyənləşdi

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la "Gent" (Belçika) arasında keçiriləcək oyunların başlanma saatı müəyyənləşib.

mediasport.az xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda keçiriləcək ilk matç saat 21:45-də start götürəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Fevralın 23-də Gentdə baş tutacaq duel isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.