Yığma komandamızın futbolçusu "Qalatasaray"a keçib - FOTO
Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvü Nazlıcan Parlaq Türkiyədə klubunu dəyişib.
Mediasport.az xəbər verir ki, "Fənərbağça"dan ayrılan 30 yaşlı yarımmüdafiəçi "Qalatasaray"a keçib.
Təcrübəli futbolçu "cim-bom""la 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalayıb.
2019-cu ildə milliləşdirilən Nazlıcan Azərbaycan yığmasının heyətində 19 oyun keçirib.