"Qarabağ"da SON DURUM - Onlar "Tottenhem"lə görüşü buraxacaqlar

"Qarabağ"da SON DURUM - Onlar "Tottenhem"lə görüşü buraxacaqlar

“Qarabağ” sabah UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun "Tottenhem"lə görüşünə itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, Ağdam klubu müdafiəçilər - Kevin Medina və Marko Veşoviçin xidmətindən istifadə edə bilməyəcək.

Kolumbiyalı Çempionlar Liqasının pley-off mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab görüşündə qırmızı vərəqə aldığı üçün matçı kənardan izləyəcək, monteneqrolu isə bir müddətdir zədədən əziyyət çəkir.

Onlardan başqa, adları UEFA-ya sifariş edilməyən hücumçu Redon Cica və qapıçı Şahruddin Məhəmmədəliyev də Londondakı dueldə meydana çıxmaq şansı əldə etməyəcək.

Qurban Qurbanovun əvəzində yeni transfer Emmanuel Addai və zədədən qayıdan Marko Yankoviçi oynatmaq imkanı olacaq.

"Tottenhem Hotspur Stadium"da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.