"Zirə" "Qarabağ"ın keçmiş məşqçisi ilə yollarını ayırdı

"Zirə" "Qarabağ"ın keçmiş məşqçisi ilə yollarını ayırdı

“Zirə” məşqçi Borçe Xristovla yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan qəsəbə təmsilçisi baş məşqçi Rəşad Sadıqovun köməkçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Xirstov bundan sonra karyerasını vətənində davam etdirəcək.

O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.

Qeyd edək ki, Borçe Xristov ölkəmizdə daha əvvəl "Qarabağ"ın U-19 komandasında və Azərbaycanın U-21 millisində Rəşad Sadıqovun köməkçisi kimi fəaliyyət göstərib.