Renat oynadı, Həsən ehtiyatda qaldı, "Ankaragücü" məğlub oldu

Renat oynadı, Həsən ehtiyatda qaldı, "Ankaragücü" məğlub oldu

Futbol üzrə Türkiyə 1-ci Liqasında 19-cu turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri - Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi “Ankaragücü” səfərdə “Amedspor”la qarşılaşıb.

Futbolçularımızın komandası səfərdə məğlub olub.

Dadaşov meydana 72-ci dəqiqədə daxil olub, Həsən isə ehtiyatda qalıb.

Paytaxt klubu 27 xalla 8-ci pillədə qərarlaşıb.