Mahmud Qurbanov bu futbolçuları "dubl"da saxlamaq istəyir

Mahmud Qurbanov bu futbolçuları "dubl"da saxlamaq istəyir

"Səbail"də əvəzedici heyətə göndərilən uqandalı hücumçu Luvaqa Kizito və argentinalı müdafiəçi Fakundo Kordoso hələ də bağışlanmayıb.

MediaSport.az saytına daxil olan məlumata görə, baş məşqçi Mahmud Qurbanov bu futbolçuları bir müddət “dubl”da saxlamaq niyyətindədir.

Əldə etdiyimiz informasiyaya əsasən, cəzalanaraq əvəzedici heyətə göndərildiyi deyilən Qustavo de Fransa isə əsas komandayla birgə məşqlərdə iştirak edir.