Bu uşaqların "Sabah"ı var - 2 FOTO

Bu uşaqların "Sabah"ı var - 2 FOTO

“Sabah” qış hazırlığı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi “Şamaxı” ilə qarşılaşıb.

Hərəsi 40 dəqiqədən ibarət 3 hissəlik matç "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

Meydan sahiblərinin baş məşqçisi Vitali Berezutski bu görüşdə akademiyanın iki yetirməsinə şans verib.

2006-cı il təvəllüdlü müdafiəçi Elgün Dünyamalıyev və 2009-cu il təvəllüdlü qapıçı Rauf Əyyubov ilk dəfə əsas komandada forma geyinmək fürsəti yaxalayıb.