Juninyo Braziliyaya yollandı!
Bir neçə müddətdir "Flamenqu" ilə danışıqlar aparan "Qarabağ"ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.
Mediasport.az xəbər verir ki, bu barədə bunu Rio-de-Janeyro klubunun futbol direktoru Joze Boto açıqlayıb.
O bildirib ki, 28 yaşlı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub:
"Juninyo yalnız tibbi müayinədən keçdikdən və müqavilə imzaladıqdan sonra bizim futbolçu olacaq. Bu isə hələ baş verməyib".
Forvardın sabahadək müqaviləyə qol çəkəcəyi qeyd olunub. Ağdam klubunun transferdən 5 milyon avro qazanacağı bildirilir.
Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. O, "Qarabağ"da indiyədək 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.