Milli komandamız Kişinyovda Moldovaya qarşı - Yoldaşlıq Oyunu

Milli komandamız Kişinyovda Moldovaya qarşı - Yoldaşlıq Oyunu

Azərbaycan milli komandası bu gün Kişinyovda Moldova yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

mediasport.az xəbər verir ki, Canni de Byazinin komandası 17 ay əvvəl məhz səfərdə məğlub olduğu moldovalılardan revanş almağa çalışacaq.

Bu, tərəflər arasında 12-ci duel olacaq. 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. 5 matçda heç-heçə qeydə alınıb. 2021-ci il iyunun 6-da Kişinyovdakı "Zimbru" stadionunda baş tutmuş son görüş moldovalıların qələbəsi ilə yekunlaşıb - 1:0.

Qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. Millimiz noyabrın 20-də növbəti yoxlama matçı çərçivəsində Şimali Makedoniya futbolçularlı ilə qarşılaşacaq.


Beynəlxalq Yoldaşlıq Oyunu

Moldova - Azərbaycan

Baş hakim: Denis Şurman

Yan xətt hakimləri: Aleksandr Jukov, Viktor Nıjnık

Moldova, Kişinyov, "Zimbru" stadionu, 21:00.