"Sabah" bu braziliyalı ilə 2 illik müqavilə bağladı - VİDEO

"Sabah" bu braziliyalı ilə 2 illik müqavilə bağladı - VİDEO

"Sabah" heyətini İqor Nogeyra ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, 29 yaşlı nərkəz müdafiəçisi ilə 2 illik müqavilə bağlanıb.

Braziliyalı müdafiəçi sağ cinahda da oynaya bilir.

Cənubi amerikalının son klubu Portuqaliyada "Şaviş" olub.

Nogeyra Braziliyanın məşhur klublarından "Fluminense"nin yetirməsidir. 2014-2015-ci illəri icarə əsasında "Gent"də (Belçika) keçirib.

Daha sonra "Reqatas" (Braziliya), "Jil Visente" (Portuqaliya), "Mazatian" (Meksika), "Yuventude" (Braziliya) və "Santa Klara"nın (Portuqaliya) formasını geyinib.