"Real" Mançester səfərində, "Arsenal" Almaniyada - UEFA Çempionlar Liqasında 1/4 final

"Real" Mançester səfərində, "Arsenal" Almaniyada - UEFA Çempionlar Liqasında 1/4 final

UEFA Çempionlar Liqasında daha 2 yarımfinalçının adı bu gün müəyyənləşəcək.

Mediasport.az xəbər verir ki, 1/4 finalın cavab görüşləri çərçivəsində matçlardan biri Almaniyada, digəri İngiltərədə baş tutacaq.

Ötən həftə İspaniyanın paytaxtı Madriddə keçirilən matçda "sülh"ə razılaşan "Real" və "Mançester Siti" bu dəfə "şəhərlilər"in stadionunda üz-üzə gələcəklər.

Günün digər oyununda isə uzun müddət sonra Almaniya çempionu titulunu əldən buraxan "Bayern" doğma azarkeşlər önündə Mikel Artetanın "Arsenal"ını qonaq edəcək.

Xatırladaq ki, yarımfinalın digər cütü artıq məlumdur: "Atletiko"nu məğlub edən "Borussiya" (Dortmund) "Barselona"nı üstələyən PSJ ilə qarşılaşacaq.

Çempionlar Liqası. 1/4 final. Cavab oyunları

"Bayern" (Almaniya) - "Arsenal" (İngiltərə)

Baş hakim: Denni Makkeli (Niderland).

"Allianz Arena", 23:00.

İlk oyun - 2:2.

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya).

"Etihad" stadionu, 23:00.

İlk oyun - 3:3.