"Qarabağ", "Sabah" və "Neftçi"nin avrokubok oyunları bu kanallarda

"Qarabağ", "Sabah" və "Neftçi"nin avrokubok oyunları bu kanallarda

Azərbaycan klublarının avrokuboklardakı matçlarını canlı yayımlayacaq telekanallar müəyyənləşib.

mediasport.az saytına verilən məlumata görə, ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın "Helsinki" ilə səfər oyunu ölkəmizdə "İdman Azərbaycan" vasitəsilə canlı yayımlanacaq.

Tərəflər arasında Bakıdakı matçdan əvvəl əldə edilmiş razılaşma belə olub. Görüş avqustun 17-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək və Bakı vaxtilə saat 20:00-da başlanacaq. İlk duel "atlılar"ın qələbəsilə yekunlaşıb - 2:1.

"Sabah"ın Belqradda "Partizan"la cavab matçını avqustun 17-də Bakı vaxtilə 23:00-da İTV, "Neftçi"nin İstanbulda "Beşiktaş"la görüşünü isə 21:00-da "CBC Sport" canlı yayımla təqdim edəcək.

Masazır klubu Bakıdakı ilk dueli 2:0 qələbə ilə bitirib, "Neftçi" 1:3 hesabı ilə məğlub olub.