Millimiz Türkiyədə başladı
U-21 milli komandamızın Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı başlanıb.
mediasport.az xəbər verir ki, yığmamız ayın 20-nə qədər davam edəcək toplanış çərçivəsində qonşu ölkədə 2 yoldaşıq oyununda qüvvəsini sınayacaq.
Samir Əliyevin rəhbərlik etdiyi kollektiv noyabrın 17-si Macarıstan, 20-də isə İsveçrədən olan həmyaşıdları ilə qarşılaşacaq. Mütəxəssis yığmaya aşağıdakı futbolçuları cəlb edib:
Qapıçılar: Rza Cəfərov (Neftçi), Yusif İmanov (Sabah), Rüstəm Samiqullin (Sabah)
Müdafiəçilər: David Orucov (Neftçi), Xəyyam Hüseynov (Turan Tovuz), Şirxan Həsənzadə (Qarabağ), Abdulla Rzayev (Sabah), Mirəli Əhmədov (Sabah), Hüseyn Babayev (Neftçi), İbrahim Ramazanov (Qəbələ), Rüfət Abbasov (Neftçi), Süleyman Damadayev (Qəbələ)
Yarımmüdafiəçilər: Veysəl Rzayev (Turan Tovuz), Camal Cəfərov (Sabah), Elcan Əbilov (Neftçi), Elçin Qasımov (Turan Tovuz), Ramin Nəsirli (Neftçi), Murad Vəliyev (Levadiya, Estoniya), Nihat Fərəcli (Koblenz, Almaniya), Emil Səfərov (Qəbələ), Tuqay Əlizadə (Araz Naxçıvan), Samir Abdullayev (Səbail)
Hücumçular: Nəriman Axundzafə (Qarabağ), Mustafa Yıldırım (Çorum, Türkiyə)