"Qarabağ"la razılaşa bilməyən belçikalı İngiltərə klubu ilə anlaşdı
"Qarabağ"ın heyətinə qatmağa çalışdığı Ceyson Lokilo seçimin edib.
MediaSport.az xəbər verir ki, 24 yaşlı belçikalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.
Konqo əsilli Lokilo Çempionşip təmsilçisi "Hall Siti" ilə anlaşıb.
Müqavilə ilə Niderlandın "Sparta" (Rotterdam) klubuna məxsus futbolçu son mövsümü icarə əsasında Türkiyənin "İstanbulspor" klubunda keçirib.
Məlumata görə, Ağdam klubu onunla maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyib.